Kiçik ticarət obyektləri açılsın - Fazil Mustafa
Bizi izləyin

Nida Xəbər

Kiçik ticarət obyektləri açılsın - Fazil Mustafa

“Sosial gərginliyin qarşısını almaqdan ötrü kiçik ticarət obyektlərinin hamısını açmalıyıq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat Operativ Qərargaha və hökumət üzvlərinə təklif verib: “Bu gün supermarketlərin fəaliyyətinə icazə verilir. Hansı ki, burada paltar, ayaqqabı satılan yerlərdən daha çox adam olur. Ona görə də supermarketlər koronavirusa yoluxmaq üçün daha münbit şərait yaradır, nəinki xırda, 1 saata 2-3 nəfərin gəldiyi paltar, ayaqqabı dükanları. Operativ Qərargaha və hökumətə təklif edirəm ki, bütün xırda ticarət obyektləri açılsın. Biz qarşıdakı sosial gərginliyi bu yolla azaltmağa çalışmalıyıq. Biznesə dövlət tərəfindən işçilərin maaşı üçün pul ayırmaqdansa, onların öz biznesinin inkişafına dəstək vermək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm