Nida Xəbər
Səfir “Əl-Cəzirə” rəhbərinə erməni təxribatından danışdı
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov dünyanın aparıcı informasiya qurumlarından biri olan “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı media və informasiya mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
“Əl-Cəzirə”nin baş direktoru M.Savvaq bu cür görüşlərin sözügedən sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı zəmin hazırladığını bildirib.
Görüşdə Səfir R.İsmayılov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətini məlumatlandıraraq, Ermənistanın təcavüzkar siyasəti barədə danışıb. Səfir Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər, o cümlədən Azərbaycanın mədəni-dini abidələrinə vurulan zərərdən ətraflı söz açıb. Səfir, həmçinin iyul hadisələri zamanı Ermənistanın törətdiyi təxribatlar barədə həmsöhbətinə məlumat verib.
Görüş qarşılıqlı maraq kəsb edən məsələlər müzakirəsi ilə davam edib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?