Türkiyə XİN: Azərbaycanın yanındayıq
Bizi izləyin

Nida Xəbər

Türkiyə XİN: Azərbaycanın yanındayıq

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycana hücumu ilə bağlı bəyanat yayıb.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in sözçüsü Hami Aksoy danışıb.

"Beynəlxalq qanunu açıq şəkildə pozan və eyni zamanda mülki insan itkilərinə səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istəyəcəksə, o şəkildə də yanında olacağıq",- bəyanatda qeyd edilib.

H.Aksoy bu hücumlarla Ermənistanın bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha göstərdiyini söyləyib:

"Əlbəttə ki, Azərbaycan öz müdafiə hüququndan xalqını və ərazi bütövlüyünü qorumaq üçün istifadə edəcək. Bu müddətdə Türkiyə Azərbaycana dəstək göstərəcək. Beynəlxalq ictimaiyyəti həqiqətin yanında olmağa dəvət edirik. Şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa, can Azərbaycana başsağlığı diləyirik"

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm