Türkiyənin siyasi partiyalarından erməni təxribatına SƏRT REAKSİYA
Bizi izləyin

Nida Xəbər

Türkiyənin siyasi partiyalarından erməni təxribatına SƏRT REAKSİYA

Türkiyə siyasi partiyaları erməni ordusunun cəbhə xətti boyunca geniş təxribatlar həyata keçirməsinə və Azərbaycan ordusunun mövqelərinə, mülki yaşayış məntəqələrinə hücumu ilə əlaqədar reaksiya göstəriblər.

Publika.az türk partiyaların bəyanatlarını təqdim edir:

CHP (Cümhuriyyət Xalq Partiyası)

CHP Ermənistanın Azərbaycana hücumu ilə bağlı məlumat yayıb.

“Ermənistanın beynəlxalq hüququ çeynəyərək Azərbaycana qarşı törətdiyi təxribatı, atəşkəs pozuntusunu və mülki şəxslərin ölümünə səbəb olan hücumu qınayırıq. Şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara tezliklər sağalmalarını diləyirik”.

BBP (Böyük Birlik Partiyası)

BBP sədri Mustafa Destici yaydığı məlumatda hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyərək, Ermənistanın Azərbaycana qarşı, ümumilikdə beynəlxalq hüquqa zidd olaraq Türk millətinə qarşı həyata keçirdiyi hücumlarını sərt şəkildə qınayıb.

DSP (Demokratik Sol Partiyası)

DSP sədri Öndər Aksakal da ​​hücumu qəti şəkildə qınadığını bildirib:

“Türkiyə hər zaman olduğu kimi can Azərbaycana qardaşlığını göstərəcək. Bölgədəki sülh və təhlükəsizliyə təhdid olan bu hücumlarda bir çox günahsız insan hədəf alındı. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm”

Rifah Partiyası

Rifah Partiyasının prezidenti Fatih Erbakan hücum nəticəsində şəhid olan Azərbaycan vətəndaşlarına və əsgərlərinə Allahdan rəhmət diləyib və Türk millətinin hər mənada Azərbaycanın yanında olduğunu bir daha bəyan etdiyini vurğulayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm