Nida Xəbər
Ömər Çelik: "Türkiyə sona qədər Azərbaycanın yanındadır"
Qarabağ torpağı Azərbaycana məxsusdur. Ermənistan işğalçıdır. Türkiyə sona qədər Azərbaycanın yanındadır.
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyasının Milli Qərar Şurasının iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamalarında deyib.
Açıqlamada bildirilir: “Ermənistanın qanunsuz hücumları nəticəsində şəhidlərimiz var. Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistanın hücumlarını bir daha şiddətlə qınayırıq. Azərbaycan ilə Türkiyə eyni taleyə, eyni gələcəyə sahib iki ölkədir. Kürsümüzdəki bu iki bayraq fotosu bunun rəmzidir. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.
Beynəlxalq ictimaiyyətin Ermənistanın hücumlarını qınamalı olduğunu vurğulayan Ö.Çelik bildirib: “Qarabağ torpağı Azərbaycanındır. Ermənistan işğalçı tərəfdir. Ermənistan sülhü pozan bir təxribata imza atıb. Ermənistan işğal etdiyi torpaqları tərk etdiyi anda, bu problem öz həllini tapacaq. Minsk qrupu artıq 30 ildir bu məsələnin həlli istiqamətində heç nə etməyib”.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO