Nida Xəbər
Bolqarıstan televiziyası Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verdi
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ilk özəl televiziya kanalı olan “BTV”nin “Bu səhər” verilişinə müsahibə verib. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.
Səfir bir neçə gün ərzində Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə qarşı daim atəş açdığını, mülki əhali arasında ölən və yaralananların olduğunu bildirib. Diplomat Ermənistan tərəfindən döyüş bölgəsinə Orta Şərqdən erməni əsilli terrorçuların gətirildiyini dinləyicilərin diqqətinə çatdırıb. Bu xüsusda qeyd olunub ki, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq 1949-cu il Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almır.
Veriliş aparıcısının Türkiyənin münaqişəyə cəlb olunması sualına cavab olaraq səfir, guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakter daşıdığını, Türkiyənin münaqişədə iştirak etmədiyini və Azərbaycan Ordusunun öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün hazırlıqlı və bacarıqlı olduğunu qeyd edib.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq