DTX ermənilərin PKK terrorçularını Qarabağa gətirdiyini əks etdirən sübutları yaydı
Bizi izləyin

Nida Xəbər

DTX ermənilərin PKK terrorçularını Qarabağa gətirdiyini əks etdirən sübutları yaydı

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Publika.azDövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən xəbər verir ki, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Müvafiq materialları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm