Tərtər atəşə tutuldu, 3 mülki şəxs yaralandı
Bizi izləyin

Nida Xəbər

Tərtər atəşə tutuldu, 3 mülki şəxs yaralandı

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

Publika.az "Report"a istinadla xəbər verir ki, axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hazırda döyüşlər davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm