Nida Xəbər
Ermənilər qadını mərmi atəşinə tutdu
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutmuşdur.
08.10.2020-ci il tarixdə saat 08 radələrində Böyükbəyli kənd sakinləri 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, o cümlədən kənd ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz