SON DƏQİQƏ: Ərdoğan Putinlə Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: Ərdoğan Putinlə Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm