Nida Xəbər
Niderlandlı rəssamdan ÜRƏKDAĞLAYAN GƏNCƏ MƏKTUBU: "Əsl xristian körpələri bomba ilə..."
Azərbaycanın haqq savaşında xalqımızı, mübarizəmizi dəstəkləyənlər sırasında Niderlandın tanınmış rəssamı Mario van der Vegt də var.
Rəssam Publika.az-a Azərbaycan xalqına məktub ünvanladığını bildirib.
Xanım van der Vegtin məktubunu birgə oxuyaq:
“2020-ci ilin oktyabrı...
“İnam, Ümid, və Sevgi!”
-Bu sözlər İncildəndir.
Azərbaycan Qafqazın ən böyük və beynəlmiləl ölkəsidir. Hələ Zərdüştlük dini bu torpaqlarda eramızın ilk minilliyində mövcud olub.
Ölkənin adının mənasını da "oddan yaranan", "ocağını qoruyan" kimi qavrayıram. Bu gün də mərhəmətli xalq evinin istiliyini qorumağa çalışır.
Gəncə, nəinki, Azərbaycanın ikinci böyük şəhəri, həm də dünyanın sevdiyi Nizami Gəncəvinin vətənidir.
Nizami Gənvəvinin yaradıcılığı daim Avropa klassiklərinin ilham mənbəyi olub. Hətta Uilyam Şekspir "Romeo və Culyetta" faciəsini "Leyli və Məcnun" poemasından təsirlənərək yazıb.
Bakının tarixi "Qız qalası" abidəsi YUNESKO-nun ümumbəşəri mirası siyahısına daxil olunub. Eramızın 9-cu əsrinə aid olunan bu qalanın kədərli tarixçəsi var. Kasıb oğlana aşiq olan şahzadə qız sevgisinə qovuşa bilmədiyi üçün özünü bu qaladan atır.
Məşhur alman yazıçıları Yakob və Vilhelm Qrimm qardaşları bu əfsanədən təsirlənib "Rapunzel"ə nəfəs veriblər.
Mən Azərbaycanı məhz belə tanıyıram. Tarixinə, şeirinə, əfsanəsinə, insanına sevgi bəsləyirəm.
Avropa da öz ilham mənbəyini doğru ocaqdan alır.
Azərbaycanla Ermənistan arasında baş verən ilk müharibənin tarixi, təxminən 30 il əvvələ təsadüf edir.
Azərbaycan hər zaman təmkin nümayiş etdirib. Avropa da, elə Niderlandın özü də bu böyük itkiyə laqaeyd qalıb.
Bəhanə bir olub: Ermənistan xristian ölkəsidir.
Bəs əməlləri xristianlığa yaraşır?
Azərbaycan torpaqlarını illərdir işğal altında saxlamağı azmış kimi, indi də Gəncəni terror aktlarına məruz qoyurlar.
Əsl xristian dinc əlahini, körpələri bomba ilə susdurar?!
Axı bu ərazi heç cəbhə bölgəsi də deyil.
Bu xristianlıqdır, yoxsa sonsuz nifrətlə dolu qəddar ürəklər?
Çox ağırdır, ağrılıdır!
Azərbaycan dünyanın da ona məxsus olduğunu qəbul etdiyi torpağını özünə qaytarır. Azərbaycanlılar evlərinə dönmək istəyir.
Və bu əfsanə, nağıl deyil.
Bəs biz azərbaycanlıların müharibəsində nə maraq güdürük? Dastanlar, əfsanələrə ehtiyac duyuruq?
Sizə qüvvət arzulayıram, Azərbaycan xalqı!”
Leyla Sarabi
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü