MN-dən XƏBƏRDARLIQ: Bu xəbər və görüntülərin yayılması Orduya və əsgərə zərbədir
Bizi izləyin

Nida Xəbər

MN-dən XƏBƏRDARLIQ: Bu xəbər və görüntülərin yayılması Orduya və əsgərə zərbədir

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin müraciətində bildirilib.

Qeyd edilib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:

"Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm