Ermənistanın strateji hesabı boşa çıxdı və... - Hərbi ekspert DETALLARI AÇDI
Bizi izləyin

Nida Xəbər

Ermənistanın strateji hesabı boşa çıxdı və... - Hərbi ekspert DETALLARI AÇDI

“Dövlət başçısı İlham Əliyevin zərgər dəqiqliyi ilə yürütdüyü dünya miqyaslı uğurlu xarici siyasət strategiyası, əvvəlki illərdən fərqli, Azərbaycanın hərbi əməliyatları aparmaqda zaman məhdudiyəti amilini aradan qaldırıb. Bununla, Azərbaycanın başlatdığı hərbi əməliyatları siyasi-diplomatik yollarla dayandıra bilməyən Ermənistanın baş strateji hesabı boşa çıxıb, məğlubiyəti labüdləşib”.

Publika.az xəbər verir ki, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı çabaları “uduzulmuş partiyanın oynanılmasıdır”: “Təəssüf ki, irrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi, qeyri-adekvatdır, hərbi məğlubiyətin qaçılmazlığını artıq tam anlasa da, danışıqlar masasına gəlmir, “son erməniyə qədər” döyüşməyi tərcih edir. Lakin bilavasitə döyüş meydanında Silahlı Qüvvələrimizin massiv, yüksəkdəqiqli, effektiv zərbələri altında düşmən qüvvələri hərbi-texniki və mənəvi-psixoloji cəhətdən dərindən sarsıdılıb, mütəşəkkil müqavimət və döyüş qabiliyətini hər yeni günlə itirməkdədir”.

Azərbaycan ordusunun strateji hücum təşəbbüsünə tamamilə sahib olduğunu bildirən N. Bayram vurğulayıb ki, əməliyyat baxımından düşmənə iradəsini diktə edir: “Qarşı tərəf yalnız reflektor müdafiə olunur, faktiki isə döyüş meydanını pərakəndə şəkildə tərk edərək, qaçır. Erməni rəsmiləri “bəzi cəbhə istiqamətlərində geriçəkilmələri” etiraf etsələr də, mənzərəni izləyən istənilən hərbi müşahidəçi üçün aydındır ki, bu, “geriçəkilmə” manevri yox, texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından tez-tələsik qaçışıdır”.

N.Bayramın fikrincə, əməliyyat baxımından hazırkı hücum əməliyatlarımızın istiqamətləri birinci müharibədəkindən ciddi fərqlənir: “Bunun bir səbəbi birinci müharibədən fərqlənən cəbhə konfiqurasiyasıdırsa, digər səbəb, əməliyat planının optimal qurulmasıdır. Mahiyyəti ondan ibarətdir ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə-istehkam xətti bütün cəbhə boyunca deyil, bir neçə əsas istiqamətdə yarıldıqdan sonra, qoşunlarımız Dağlıq Qarabağın dərinliklərinə düşmənin cinahlarından və arxasından nüfuz edir. Bununla düşmən hazır olmadığı, müdafiə istehkamları qurmadığı istiqamətlərdən hücum olunur, müdafiə rayonlarında - inzibati rayonlarla səhv salınmasın - lokallaşdırılır, arxası və qonşuları ilə əlaqələri tam ya qismən kəsilir, vahid müdafiə sistemi parçalanır, əməliyyat mühasirəsinə salınır, tutduğu mövqeləri tərk edir".

“Qeyd etdiyim kimi, hərbi əməliyatların aparılmasında vaxt məhdudiyəti amili qaldırıldığından, Silahlı Qüvvələrimiz qabaqcıl müharibə vasitələri ilə düşmən qüvvələrini maksimum kontaktsız, sistematik və metodik şəkildə məhv etməklə, az itkilərlə irəliləyir, ancaq hücum tempini yüksək olaraq saxlayır.

Hazırda düşmənin heç bir istiqamətdə əks-hücum cəhdlərinin perspektivi yoxdur. Belə cəhdlər ona heç nə vermir, əksinə, açıq əməliyat məkanına çıxmaqla, məhv olunması şanslarını artırır”, - deyə hərbi ekspert əlavə edib.

N.Bayram qeyd edib ki, cəmiyyətimizin tam qələbə xəbərini, digər rayonlarımızın işğaldan azad olunması xəbərini gözləməkdə səbirsizliyi anlaşılandır: “Ancaq az itki vermək üçün hərbi əməliyatlarımız tələskənlik olmadan aparılır. Buna görə cəmiyət də tələsməsin, 30 il gözlədiyimizi, bir neçə gün də səbirlə gözləyək. Ən əsası odur ki, ordumuzun qarşısıalınmaz hərəkəti davam edir və torpaqlarımızın azad olunması artıq zaman məsələsidir. Allah qəhraman millətimizi, şanlı ordumuzu, Ali Baş Komandanımızı və haqq işimizdə bizə arxa və dəstək olan Türkiyəmızı, qardaş Pakistanı, bütün dostlarımızı qorusun, bizə tezliklə böyük zəfər nəsib eləsin. Bu qələbəmizlə birinci müharibədən bu yana verdiyimiz bütün Şəhidlərimizin və günahsız qurbanlarımızın qanı alınacaq, Vətən bütövlüyü ilə ruhları şad olacaq. Azərbaycan əsgərinə eşq olsun!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm