Polşada ermənilər azərbaycanlılara atəş açdılar- FOTO
Bizi izləyin

Nida Xəbər

Polşada ermənilər azərbaycanlılara atəş açdılar- FOTO

Polşanın Katovitse şəhərində azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyətçi ermənilərdən 3 nəfəri saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazm olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm