Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub
Bizi izləyin

Nida Xəbər

Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub

“Həyata sevgi və gələcəklə bağlı böyük xəyallara malik olan belə yaraşıqlı 13 yaşlı gənc bəy Ermənistanın Gəncəyə raket zərbəsindən sonra 17 oktyabrda ağır yaralanan Rusiya vətəndaşı Mayakov Artur Vladimroviçdir. O, xalasıgilə qonaq getmişdi. Bu gün həlak olub”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm