“Türkiyə buna dözə biləcək” - Qabil Hüseynli
Bizi izləyin

Nida Xəbər

“Türkiyə buna dözə biləcək” - Qabil Hüseynli

“Təzyiqlərə baxmayaraq, Türkiyə Azərbaycana siyasi dəstəyini davam etdirəcək”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana dəstəyi fonunda ona qarşı artan təzyiqləri şərh edən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli qeyd edib.

Onun sözlərinə görə, Türkiyə həmin o təzyiq edən ölkələrlə danışıqlar aparır və danışıqlar fonunda yekun bir qərara gəlincək: “Onsuz Azərbaycan da tələsir. Çünki Azərbaycana da təzyiqlər artıb. Zənnimcə, bu prosesi axıra çatdırmağa Türkiyə dözə biləcək”.

“ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsini prezident seçkiləri ərəfəsində çətin hesab edirəm. Bu, gözlənilən deyil”, - politoloq əlavə edib.

Qeyd edək ki, Türkiyəyə edilən siyasi təzyiqlər fonunda dollara nisbətdə qardaş ölkənin valyutası-lirə ucuzlaşıb. Həmçinin Türkiyəyə Qərb ölkələrindən gələn xarici sərmayənin həcmi də ötən illə müqayisədə 35 faiz azalıb. Hətta ABŞ-da Türkiyəyə sanskiya tətbiq edilməsi müzakirə olunur.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm