Nida Xəbər
Daha bir ölkədə Gəncə teraktı ilə bağlı aksiya - FOTO
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərindəki Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının xatirəsinə Türk Evinin önündə yaradılmış guşəni ziyarət ediblər. Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub, terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.
İştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edib, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI