Bərdədə həlak olanların hamısı dinc sakinlər - Prezidentin köməkçisi
Bizi izləyin

Nida Xəbər

Bərdədə həlak olanların hamısı dinc sakinlər - Prezidentin köməkçisi

“Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20-yə yaxın şəxs həlak olub. Onların hamısı günahsız dinc sakinlər idi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Smerç” kasset raketləri istifadə olunub. “Human Right Watch” və “Amnesty International”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”, - o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm