Nida Xəbər
Bu savaşda can Azərbaycan bir dastan yazır - Binəli Yıldırım
“Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də, iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım YAP-da görüşü zamanı deyib.
Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən B.Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. B.Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib.
Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.
B.Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?