Şahin Mustafayev hökumət adından başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Şahin Mustafayev hökumət adından başsağlığı verdi

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev bu gün Əfqanıstanın ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

Unikal.org xəbər verir ki, dövlət rəsmisi Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan hökumətinə və Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm