Putin Təhlükəsizlik Şurasını TOPLADI - Qarabağ MÜZAKİRƏSİ (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Putin Təhlükəsizlik Şurasını TOPLADI - Qarabağ MÜZAKİRƏSİ (YENİLƏNDİ)

"Rusiyalı sülhməramlıların fəaliyyəti və Qarabağdakı humanitar missiyanın işi barədə də söhbət oldu. Prezident bu çərçivədə görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqələri barədə məlumat verdi".

Publika.az xəbər verir ki, bunu Prezindentin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov əlavə edib ki, görüş zamanı Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə toxunulub.

Qeyd edək ki, iclasda Baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vaino, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Müdafiə naziri Sergey Şoyqu və Daxili İşlər naziri Vladimir Kolokoltsev, FSB və SVR direktorları - Aleksandr Bortnikov və Sergey Narışkin və həmçinin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayındəsi Sergey İvanov iştirak edib.

***

15:56

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağda rusiyalı sülhməramlıların və humanitar missiyanın işini müzakirə edib.

Publika.az xəbər verir ki, bunu prezindentin mətbuat katibi Dmitri Peskov deyib.

İclasın təfərrüatları barədə məlumat digər məlumatlar açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm