Nida Xəbər
Azərbaycan Gürcüstana dost ƏLİNİ UZATDI
Gürcüstan Azərbaycandan 100 ton maye tibbi oksigen idxal edib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze “Rustavi 2” telekanalına bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın humanitar yardımı olub: “Azərbaycan hökumətinin köməkliyi sayəsində operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarük olunub. Gürcüstanda koronaviruslu xəstələrin müalicə olunduğu klinikalar üçün tibbi oksigenin ölkəyə çatdırlmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb”.
Z.Pataradze təmənnasız dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Səfir deyib ki, Gürcüstanın klinikalarında maye tibbi oksigen çatışmazlığının aradan qaldırılması üçün Azərbaycanla sıx əməkdaşlıq davam etdirilir.
Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının pik həddi yaşanır. Klinikalarda tibbi oksigendən istifadə göstəricisi üç dəfə artıb. Bu səbəbdən Gürcüstan hökuməti oksigen ehtiyatı yaradır.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO