Nida Xəbər
BAXCP-dən memorial komplekslə bağlı VACİB TƏKLİF
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncamını alqışlayır.
Publika.az xəbər verir ki, partiyanın Prezident İlham Əliyevin sözügedən Sərəncamı ilə bağlı yaydığı açıqlamada belə deyilir:
"BAXCP bəyan edir ki, Vətən müharibəsində misilisiz qəhrəmanlıqlar nümayiş etdirən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi əbədiyyətə qədər ürəklərdə, yaddaşlarda yaşayacaq, onların adları qürur və and yerimizə çevriləcək. Qeyd edək ki, BAXCP-nin açıqlamasında Vətən müharibəsi memorial kompleksi ilə bağlı təkliflər də yer alıb. Partiya hesab edir ki, memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılmalı, bütün şəhidlərimizin adı momorial kompleksdə öz əksini tapmalıdır: “Ümid edirik ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi xalqımızın döyüş ruhunu, Vətən sevgisini, milli həmrəyliyimizi, dövlətimizin, ordumuzun əzəmətini nümayiş etdirən memarlıq abidəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın bütövlüyünü və bölünməzliyini simvolizə edəcəkdir".
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq