Bayramov Lavrovla danışdı
Bizi izləyin

Nida Xəbər

Bayramov Lavrovla danışdı

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm