Nida Xəbər
Vasif Talıbov İran XİN başçısı ilə görüşdü
Yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Publika.az xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş və muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayıb.
Məhəmməd Cavad Zərif göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək deyib: "İran İslam Respublikası Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrə mühüm əhəmiyyət verir. Sevinirəm ki, Azərbaycana budəfəki səfərimi Naxçıvan Muxtar Respublikasında başa çatdırıram. İran İslam Respublikası Qarabağın işğaldan azad olunmasına çox şaddır. Səfərimin məqsədi region ölkələri arasında sülhün bərqərar olunması və yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparmaqdır. Ümid edirik ki, yaxın gələcəkdə bölgədə çoxtərəfli əməkdaşlığın təşkilinə nail olunacaq. Bu mənada, Naxçıvan Muxtar Respublikasının regionun birləşməsində çox mühüm əhəmiyyəti vardır".
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması bölgə üçün geniş imkanlar açır. Naxçıvan isə bölgənin logistik mərkəzidir. Regional əməkdaşlığa 30 il bundan əvvəl də başlamaq olardı. Lakin Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti bölgənin inkişafına böyük maneçilik törətdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi və Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak ediblər.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO