YAP nümayəndələri şəhid ailəsini ziyarət etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

YAP nümayəndələri şəhid ailəsini ziyarət etdi - FOTO

Yeni Azərbaycan Partiyasının nümayəndələri, YAP İcra Katibliyinin şöbə müdirləri Aydın Mirzəzadə, Aydın Hüseynov və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov dörd aydan çoxdur koma vəziyyətində olan və fevralın 12-də vəfat edən Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlunun ailəsini ziyarət ediblər.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə sosial media hesabında paylaşım edib.

"Tacəddin İsmayılzadə həm də 2016-cı il Aprel döyüşlərinin iştirakçısı idi, o, döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb komaya düşmüşdü.

Qəhrəman şəhidimizin atasına, qardaşına və yaxınlarına YAP adından başsağlığı verdik, onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirdik", - A.Mirzəzadə qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm