ATƏT-in Minsk Qrupunun həmsədrləri BƏYANAT YAYDI
Bizi izləyin

Nida Xəbər

ATƏT-in Minsk Qrupunun həmsədrləri BƏYANAT YAYDI

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) Azərbaycan və Ermənistan Xarici işlər nazirləri ilə videokonfrans formatda keçirdikləri görüşlə bağlı bəyanat yayıblar.

Bu barədə Publika.az-a ATƏT-dən bildirilib.

Fevralın 16-da həmsədrlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı uzun və əsaslı fikir mübadiləsi aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm