Nida Xəbər
Milli Məclis Xocalı soyqırımı ilə bağlı Estoniya parlamentinə məktub göndərdi
Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterə və qrupun üzvlərinə təşəkkür məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Estoniya Parlamentinin (Riyqikoq) rəsmi saytında yerləşdirilmiş bəyanatı yüksək qiymətləndirilib, Azərbaycan xalqının kədərini bölüşən bu dəstəyə görə dostluq qrupu adından minnətdarlıq bildirilib.
Qeyd edilib ki, Azərbaycan Estoniya ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Məktubda iki ölkə arasında parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və parlament diplomatiyasının xalqlarımızın rifahının daha da yüksəlməsinə və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Xatırladaq ki, Estoniya parlamentinin Azərbaycanla əlaqələr üzrə işçi qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlığa qarşı cinayəti qınanılır, bu kütləvi qətli törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR