Hərbi qulluqçumuz bu səbəbdən həlak olub - MN
Bizi izləyin

Nida Xəbər

Hərbi qulluqçumuz bu səbəbdən həlak olub - MN

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən, təhlükəsizlik qaydalarının pozulması səbəbilə həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!", - deyə məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm