YAP-ın qurultayı BAŞA ÇATDI - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

YAP-ın qurultayı BAŞA ÇATDI - (YENİLƏNİR)

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.

Qurultayda YAP İdarə Heyəti formalaşıb.

İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.

Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edilib.

xxx

12:48

Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb.

Qurultay hazırda davam edir.

xxx

12:24

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

İclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.

xxx

11:13

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

xxx

Qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edirlər.

Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq.

xxx

09:43

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

Publika.az xəbər verir ki, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.

xxx

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

Publika.az xəbər verir ki, bu, YAP-ın VII qurultayıdır.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm