Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Əşrəf Adəm
Bizi izləyin

Nida Xəbər

Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Əşrəf Adəm

Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların ibadət yerini -məscidi tövlə kimi istifadə ediblər. Bu əsl vandalizm aktıdır.

Bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

“Mən məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər gördüm. Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm", - deyə diplomat qeyd edib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm