Prezidentin səfəri onlara BİRBAŞA XƏBƏRDARLIQDIR
Bizi izləyin

Nida Xəbər

Prezidentin səfəri onlara BİRBAŞA XƏBƏRDARLIQDIR

Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfəri əlamətdar haldır. Prezident həmin bölgələri ziyarət zamanı qarşıya konkret vəzifələr qoyur, xalqı ruhlandırır və mövcud vəziyyəti təhlil edir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, ermənilər vaxtilə Hadrutu özəlləşdirmək istəyirdilər: “Baxmayaraq ki, onlarda bu istək var idi, amma dağıdıcı fəaliyyətlə məşğul olduqları üçün bu alınmadı. Əksinə, tarixi-mədəniyyət abidələrini, binaları, iaşə obyektlərini dağıtdılar. Bir tərəfdən deyirdilər ki, Qarabağ Ermənistan torpağıdır, digər tərəfdən isə orada vandallıqla məşğul olurdular. Çünki Qarabağ və ətraf ərazilərin onlara məxsus olmadığını başa düşürdülər. Torpaqların əsl sahibi – Azərbaycan isə orada böyük yenidənqurma işlərinə start verib və yollardan tutmuş, hava limanlarına qədər yenidən inşa edəcək”.

Politoloq xatırladıb ki, ermənilər Hadrut uğrunda gedən döyüşlər zamanı informasiya-təbliğat maşınlarını işə salıb daxili auditoriyalarında yalanlar danışır və öz xalqını aldadırdılar: “Ərazilər azad olunandan sonra belə deyirdilər ki, bir qarış da itirilməyib, bütün Qarabağa Ermənistan ordusu nəzarət edir. Amma Azərbaycan bunun belə olmadığını göstərdi və ermənilərin belini qırdı. Bu manipulyasiya cəhdləri həm də o deməkdir ki, ermənilər bundan sonra da hansısa təxribatlarla məşğul olsalar belə, başa düşməlidirlər ki, bu fəaliyyətlərinə də son qoyulacaq. Ermənistan artıq həqiqətin üzünə baxmalı və faciə ilə nəticələnən ssenarilərdən əl çəkməlidir. Daha sonra bütün bunlardan nəticə çıxarılmalıdır. Təbii ki, Prezidentin səfəri də ermənilərə birbaşa və birmənalı xəbərdarlıqdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm