Bayramov misirli həmkarına başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Bayramov misirli həmkarına başsağlığı verdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qahirədə baş verən qatar qəzasında çoxsaylı insan ölümünə görə misirli həmkarına başsağlığı verib.

Publika.az-ın xəbərinə görə, nazir başsağlığı mətnini tvitter səhifəsində paylaşıb:

“Qahirənin şimalında bir çox insanın həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığımızı çatdırır, yaralılara isə tezliklə sağalmalarını arzu edirik”, - nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm