Nida Xəbər
DSX Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirildi - - FOTO/VİDEO
May ayının 8-də Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.
Diplomlar təqdim olunduqdan sonra bütün məzunlar adından çıxış edən leytenant Orxan Bağırov Azərbaycan Sərhəd Mühafizəsinin zabit heyətinə daxil olmaları ilə fəxr etmələrini bildirmiş, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət bayrağımızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirmişdir. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev çıxış edərək bütün tədbir iştirakçılarını təbrik etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik etmiş, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyini xüsusi vurğulamışdır.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazanması, Vətən müharibəsinin Tarixi Zəfərlə bitməsi qeyd olunmuşdur.
Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qalibiyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrəmanların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 sərhədçi-zabitin əziz xatirələri yad edilmişdir.
Uzun illər ərzində döyüş və peşəkar hazırlıq, maddi-texniki təchizat, hərbi-vətənpərvərlik sahələrində tətbiq edilmiş sistemli və müasir yanaşmalar sayəsində əldə olunmuş nəticələrin Azərbaycan sərhədçilərinin Böyük Zəfərin qazanılmasında uğurlu iştirakına zəmin yaratdığı vurğulanmışdır.
Döyüş əməliyyatlarının ilk günündən Azərbaycan sərhədçilərinin 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumunun hərb salnamasinə yazılması, düşmənin yüzlərlə canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızın sancılması, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərinin qəhrəmancasına azad edilməsi xüsusi qeyd olunmuşdur.
Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanmışdır.
"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilərdən 4 zabitin DSX Akademiyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının pedaqoji və komandir heyətinin xüsusi rolu qeyd edilmişdir.
Çıxışdadövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması, may ayının sonunadək daha 6 yeni hərbi hissənin təmir-tikintisinin yekunlaşacağı barədə məlumat verilmiş, işğaldan azad olunmuş dövlət sərhədlərimizin mühafizə altına götürülməsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, dövlət sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqlarına əminlik ifadə edilmişdir.
Mərasim başa çatdıqdan sonra DSX Akademiyasının məzunları ilə xatirə fotoşəkli çəkdirilmişdir.
Daha sonra gənc zabitlər Dahi Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, Hərbi Qənimətlər Parkında olmuşlar.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq