“30 ildir dua edirdik ki, o torpaqlarımızda ibadət edək” - Allahşükür Paşazadə
Bizi izləyin

Nida Xəbər

“30 ildir dua edirdik ki, o torpaqlarımızda ibadət edək” - Allahşükür Paşazadə

Biz çox xoşbəxtik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun cəsarətilə torpaqlarımız işğaldan azad edilib. İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadənin sözlərinə görə, bu il ilk dəfədir ki, bu bayramı qalib ölkə kimi qeyd edirik: “Əlbəttə, bu ayın özünün gözəlliyi var. 30 ildə birinci dəfədir ki, bu ayı müzəffər kimi qeyd edirik. 30 ildir dua edirdik ki, erməni işğalındakı torpaqlarımızı azad edək, orada dua edək, ibadət edək, azan səsləri gəlsin”.

Allah buyurur ki, həqqın yolunda ol, həqiqətə çatdıraram. Biz bu aydakı duaların müstəcəm olduğuna inanırıq və Allah bizə belə zəfəri nəsib etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə cəsur əsgərlərimiz torpaqlarımızı işğaldan azad etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm