“Mediada islahatlara doğru” mövzusunda seminarlar davam edir
Bizi izləyin

Nida Xəbər

“Mediada islahatlara doğru” mövzusunda seminarlar davam edir

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarları davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda keçirilən növbəti seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva tədbirin əhəmiyyətindən danışıblar.

Sonra Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər" mövzusunda çıxış edib, qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verib, bu mövzuda müzakirə aparılıb.

Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur.

Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.

Qeyd edək ki, iyunun 14-dən başlayan silsilə seminarlar iyulun 10-dək davam edəcək. Seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar.

Qonaqlar arasında Al Jazeera və Haber Global-ın mütəxəssisləri də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm