Nida Xəbər
İcmalar Şuşa Bəyannaməsini dəstəkləyir
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmalar Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair qədim mədəniyyət paytaxtında imzalanmış 15 iyun tarixli Şuşa Bəyannaməsini böyük razılıq hissi ilə qarşılayırlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Publika.az- bildirilib ki, Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenkonun, Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovskinin, Gürcü Yəhudiləri Bakı Dini İcmasının sədri Zamir İsayevin imzaladığı bəyanatlarda bu ölkədə hər kəsin müstəqil Azərbaycan dövlətini öz doğma Vətəni hesab etdiyi, əmin-amanlıq və rifah şəraitində yaşadığı qeyd olunur: “Bizim övladlarımız işğal altında olan torpaqların azad olunmasında yaxından iştirak etməklə öz vətənləri olan Azərbaycan qarşısında mənəvi vəzifələrini yerinə yetiriblər".
Bildirilib ki, Şuşa Bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanda fəaliyyət göstərən bütün icmalar müstəqil xarici siyasət həyata keçirən iki dövlət tərəfindən imzalanan, müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsini dəstəkləyir və Azərbaycanın yanında olduqlarını bəyan edirlər.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan