Ordumuzun yüksək peşəkarlığı Ermənistan ordusunda ŞOK YARATDI - Zakir Həsənov
Bizi izləyin

Nida Xəbər

Ordumuzun yüksək peşəkarlığı Ermənistan ordusunda ŞOK YARATDI - Zakir Həsənov

"Hərbçilərimizin, əsgərlərimizin qəhrəmanlığı və yüksək səviyyədə peşəkarlığı minalanmış ərazilərdən keçərək ön xəttin yarılmasında böyük rol oynadı".

Publika.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, ön xətdə yaratdıqları istehkam qurğularına böyük ümid bəsləyən ermənilər bu istehkamlara müxtəlif adlar da vermişdilər.

"Bizim ordu korpuslarının həmlə, kəşfiyyat və tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Bizim ordunun bu sürəti, yüksək peşəkarlığı Ermənistan ordusunda şok yaratdı. Biz bunu da hiss edirdik. Sürətli hücum gələcək qələbəmizin təməlini qoydu", - nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm