Nida Xəbər
Ermənistan "Sərhədsiz Reportyorlar"ın sorğusunu cavablandırmaqdan imtina edib
İsveçdəki Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Haşimi, Aida Amir Haşimi və Nadir Hollenbrandın təşəbbüsü ilə "Sərhədsiz Reportyorlar" təşkilatının bu ölkədəki nümayəndəliyinin https://www.reportrarutangranser.se saytında Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərdən və Ermənistanın yolverilməz davranışından bəhs edən məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlərdir: "Müharibə zamanı 7 nəfərdən çox jurnalist yaralanıb, mina partlayışları nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı isə daha çoxdur".
"Sərhədsiz Reportyorları"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Janna Kavalye deyib ki, iki jurnalistin ölümü KİV-də çalışan hər kəs üçün faciəli xəbərdir: "Bu regionda işləmək istəyən digər jurnalistləri də bənzər tale gözləyə bilər və yaxud onlara oraya səfər etməyə və reportajlar hazırlamağa icazə verilməyəcək".
J.Kavalye bu insidentin şəffaf şəkildə araşdırılması çağırışı ilə Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib. Qeyd edilib ki, Ermənistan hakimiyyəti "Sərhədsiz Reportyorlar" təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılmasını şərh etmək barədə sualına cavab verməyib.
Məqalədə İsveçdəki “Qarabağ” Azərbaycan Mədəniyyət Dərnəyinin əməkdaşı Aida Amir Haşiminin fikirlərinə də yer verilib. Soydaşımız bildirib ki, Kəlbəcər dünyada ən çox mina yerləşdirilmiş bölgələrdən biridir.
Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyi, yalnız 12 iyun 2021-ci il tarixində ölkəmizin 15 erməni diversantını təhvil verməsi müqabilində Ağdamda yerləşdirilmiş minaların xəritələrinin təqdim edildiyi nəzərə çatdırılıb.
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü









.jpg)

























