Sahibə Qafarova Mustafa Şentopa başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova Mustafa Şentopa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, iyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. Məktubda deyilir ki, Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Dualarımız Sizinlədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm