Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycanda Anım Günü münasibətilə mesajı
Bizi izləyin

Nida Xəbər

Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycanda Anım Günü münasibətilə mesajı

Bu gün qurucu üzvlərimizdən olan Azərbaycan Respublikası 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarını dərin ehtiram və minnətdarlıqla anır.

Müzəffər Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm tarix, Azərbaycanın inkişafı və çiçəklənməsi, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli hadisə oldu.

Türk Akademiyası hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib, 44 gün ərzində dinc əhaliyə edilən hücumları şiddətlə pisləyib, Vətən Müharibəsində Azərbaycanın yanında olduğunu bəyan edib. Müharibə dövründə Qarabağla bağlı xüsusi məlumatların, önəmli sənədlərin yer aldığı kitab hazırlayaraq çap edibş və bu beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı buraxılmış ilk kitab olub.

Bu vacib gündə Türk Akademiyası olaraq bütün Türk dünyası ilə birlikdə qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin hörmət və ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyirik!

Darxan Kıdırəli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm