Nida Xəbər
Şəhid Sirac Abışovun qardaşı AzTV-də işə başladı
Şəhid operator Sirac Abışovun qardaşı Şirzad Abışov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunub.
Publika.az xəbər verir ki, sosial media və ictimaiyyətlər əlaqələr şöbəsinin məlumatına görə, o, AzTV-nin Kinoproqramlar və Dublyaj Baş Redaksiyasının rejissoru kimi çalışmağa başlayıb.
Ş.Səmədov bu barədə sosial şəbəkədə yazıb: “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kinoproqramlar və Dublyaj Baş Redaksiyasında rejissor vəzifəsinə təyin olundum. Dəvətinə görə QSC-nin sədri Rövşən müəllimə dərin təşəkkürümü bildirirəm. Mənə göstərdiyi etimadı doğruldacağıma və qardaşım Sirac Abishovun adına layiq olacağıma söz verirəm”.
İşğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, "Azərbaycan Dövlət İnformasiya Agentliyi"nin əməkdaşı Məhərrəm İbrahimov iyunun 4-də onları çəkilişə aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


