Ukraynalı deputat: "Ağdamda dağıntıları görmək çox ağırdır"
Bizi izləyin

Nida Xəbər

Ukraynalı deputat: "Ağdamda dağıntıları görmək çox ağırdır"

Biz səfər zamanı Ağdam şəhəri ilə tanış olduq. Şəhərin hazırkı vəziyyətini, dağıntıları görmək çox ağırdır.

Publika.az xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı Ukrayna Ali Radasının deputatı Vladimir Kredenko bildirib.

O, Ukraynanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və işğaldan azad edilmiş ərazilərin tezliklə yenidən qurulacağına əminliyini ifadə edib: “Əminəm ki, dövlət başçısının və xalqın birgə səyləri nəticəsində siz yaxın zamanda buranı yenidən qura biləcəksiniz. Ukrayna Qarabağın yenidən qurulması işlərində Azərbaycana dəstək verməyə hazırdır. Biz əminik ki, bu yerlər yenidən çiçəklənəcək. Bu yolda Ukrayna xalqı hər zaman Azərbaycan xalqının yanındadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm