Nida Xəbər
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurtda SƏRGİDƏ
2021-ci ilin 20 oktyabr tarixindən başlayaraq Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində “Yenidən əlaqə qur” devizi altında 73-cü beynəlxalq kitab sərgisi keçirilməkdədir.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, 24 oktyabr tarixinə kimi davam edəcək bu sərgi kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplamaqla yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından mühüm bir platformadır. Pandemiya səbəbindən sərgiyə qatıla bilməyənlər üçün isə müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri onlayn izləmək imkanı yaradılıb.
Dünyanın 80 ölkəsindən 2 min iştirakçının qatıldığı sərgidə Azərbaycan stendində ölkəmiz mədəniyyətimizə və tariximizə dair geniş çeşidli nəşrlərlə təmsil olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyalarla bağlı, həmçinin daha sonra Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi insan hüquqları pozuntuları, soydaşlarımıza qarşı nifrət nitqi ilə əlaqədar hazırlanmış hesabatların daxil olduğu və ingilis dilində çap olunmuş 6 adda nəşri həmin beynəlxalq sərgidə nümayiş olunur.
Bu nəşrlərin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin və digər vandalizm aktlarının ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək






































