Ərəb mətbuatı İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışının əsas məqamlarını yaydı
Bizi izləyin

Nida Xəbər

Ərəb mətbuatı İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışının əsas məqamlarını yaydı

Ərəb ölkələrinin bir sıra mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin VIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışı ilə bağlı xəbərlər yayımlanıb.

Əlcəzairin “Əl Hərir” portalında AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistana sülh müqaviləsi üzrə danışıqlara başlamağı təklif etdiyini, lakin qarşı tərəfdən cavab alınmadığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müharibə deyil, sülh və gələcək haqqında danışmaq istəyir. Dövlətimizin başçısı, eyni zamanda, hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdiyini və bu təklifə də hələ baxılmadığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin çıxışı haqqında Suriyanın SANA, agentliyi, “Əl Bəətmedia” saytı, Tunisin TAP agentliyi də xəbərlər yayıblar.

Səudiyyə Ərəbistanının SPA agentliyi isə Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirak edən Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul etməsi haqqında xəbər yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm