Nida Xəbər
Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir - FOTO
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən “Zəfər yolumuz” adlı tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə 44 günlük Vətən Müharibəsindən bəhs edən videoçarxlar nümayiş olunub.
Çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib. Vətən müharibəsində iştirak edən hər bir vətən övladının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Dövlətimiz tərəfindən Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətlərinin yüksək qiymətləndirilərək təltif olunmaları gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.
Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şeirlər bədii qiraət edilib və mahnılar səsləndirilib.
Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


