Nida Xəbər
Bu, təkcə Ermənistana qarşı qazanılan qələbə deyil - Hulusi Akar
“Qəhrəman Azərbaycan Ordusunun qazandığı bu qələbə sırf 44 günlük mübarizə ilə deyil, 30 illik israrın, inamın və əzmkarlığın nəticəsində əldə olunub”.
Publika.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, təkcə Ermənistana qarşı qazanılan qələbə də deyil: “Bu qələbə həm də uzun illərin haqsızlığa, qanunsuzluğa göz yumanlara, illərdir səssiz qalanlara da ən gözəl cavab oldu. Əziz qardaşlarımız, həmişə olduğu kimi, sevincinizi sevincimiz, kədərinizi kədərimiz olaraq bildiyimiz bu haqlı mübarizənizdə yenə də sizlərlə birlikdə olduq. Millət olaraq can qardaşlarımıza bütün imkanlarımızla dəstək olmağa çalışdıq, çünki biz bir kökdən qidalanan böyük çinarın budaqları kimiyik, böyük millətin övladlarıyıq. Biz Alparslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixi prosesdə baş verənlər Azərbaycanla Türkiyə arasında bir sıra maneələr qoysa da, dini, dili, milliyyəti bir olan, tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki ölkə xalqının qəlblərinə heç vaxt qıfıl vurmayıb və vurmayacaq”.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO