Qüdrət Həsənquliyev: “Bələdiyyələrin durumu acınacaqlıdır”
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: “Bələdiyyələrin durumu acınacaqlıdır”

“Mən çox istərdim belə dəyişikliklər zamanı deputatlara büdcəyə nə qədər vəsait daxil olacağı, bələdiyyələrin nə qədər itirəcəyi haqda məlumat verilsin”.

Publika.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bəzi bələdiyyələrin ərazisində yolların və kanalizasiyaların hansı durumda olduğunu görürük: “Bələdiyyələrin durumu acınacaqlıdır. Əvvəl deyirdik ki, bələdiyyələr yeni qurumdur, təcrübəsi azdır. Artıq 1999-cu ildən bu yana bələdiyyələr fəaliyyət göstərirlər. Məncə, bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır”.

Komitə sədri Tahir Mirkişili isə deputata cavab olaraq deyib ki, dəyişikliklər nəticəsində dövlət büdcəsinə 60 milyon manat daxil olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm