Nida Xəbər
Naxçıvan Qarnizonunda kütləvi idman tədbirləri həftəsi keçirildi - FOTO
Naxçıvan Qarnizonunda kütləvi idman tədbirləri həftəsi keçirilib. Hərbi qulluqçular həftə çərçivəsində keçirilən voleybol birinciliyində güclərini sınayıblar.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan və olimpiya sistemi üzrə keçirilən voleybol birinciliyində 17 komanda mübarizə aparıb.
Hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən yarışları Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hakimləri idarə edib.
Ümumi nəticələrə əsasən üçüncü yerdə Əlahiddə Ümumqoşun Ordunun motoatıcılar komandası, ikinci yerdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, birinci yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları qərarlaşıb.
Yarışların sonunda qalib komandalar mükafatlandırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
