Nida Xəbər
Soçi görüşü Yaponiya mətbuatının diqqətində
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın cənubunda yerləşən Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüşü Yaponiya mətbuatının da diqqətindədir.
Nüfuzlu Kyodo agentliyi, “chibanippo.co.jp” və “ajmedia.jp” saytları Azərbaycan Prezidentinin həm üçtərəfli müzakirələrdə iştirakı, həm üç ölkənin liderləri tərəfindən qəbul edilən bəyanat, həm də görüşdən sonra keçirilən mətbuat konfransı barədə ətraflı məlumat veriblər.
“Üç ölkənin liderləri sərhədlərin demarkasiyası barədə razılaşıblar” başlığı ilə ingilis və yapon dilində yayımlanan məqalələrdə Rusiyanın razılığın əldə olunmasında vasitəçiliyi barədə məlumat verilib. Qeyd edilib ki, razılaşmaya əsasən iki ölkə arasında sərhədlərin demarkasiyasına cari ilin sonlarında start veriləcək.
Liderlərin görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidentinin bu görüşü çox konstruktiv adlandıraraq, həm iqtisadi, həm də humanitar sahələrdə bir sıra mühüm məsələlər üzrə razılığın əldə olunduğunu bildirdiyi də qeyd edilib.
Məqalələrdə münaqişənin tarixinə toxunularaq, ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarını azad etdiyi vurğulanıb. (azərtac)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR